525.Az

Azərbaycan elektrik enerjisinin istehsalını 7% artırıb


 

Azərbaycan elektrik enerjisinin istehsalını 7% artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 467,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,2% çoxdur.

525.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-avqust aylarında 16 936,8 mln. kVt-saat təşkil edib (artım 7,5%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 15 897,2 mln. kVt-saat istilik (artım 7,2%), 945 mln. kVt-saat su elektrik (artım 14,3%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

 

 

 

 





14.09.2021    çap et  çap et