525.Az

Sabah Bakıda hərbçilərin yürüşləri olacaq 


 

Sabah Bakıda hərbçilərin yürüşləri olacaq <b style="color:red"></b>

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10.00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən 525.az-a məlumat verilib.

Qeyd edək ki, Bakıda keçiriləcək yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürəcək.

 





14.09.2021    çap et  çap et