525.Az

Rəcəb Tayyib Ərdoğan Zakir Həsənovla görüşüb


 

Rəcəb Tayyib Ərdoğan Zakir Həsənovla görüşüb<b style="color:red"></b>

Türkiyə prezidenti Müdafiə Nazirliyinin rəhbərliyini qəbul edib. 

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata əsasən, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib.

Qəbulda Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler də iştirak edib.
 

 





14.09.2021    çap et  çap et