525.Az

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib


 

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib<b style="color:red"></b>

Ombudsman Səbinə Əliyevanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, Assosiasiyanın Baş katibinin müşaviri Muhammad Javed Ghani Azərbaycana səfərə gəlib.

525.az xəbər verir ki, S.Əliyeva Türkiyə və Pakistan Ombudsman nümayəndə heyəti ilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Qeyd edək ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib.

14-19 sentyabr tarixlərini əhatə edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub.

 





15.09.2021    çap et  çap et