525.Az

"Azərbaycan xalqı və ordusu ilə fəxr edirik"


 

"Azərbaycan xalqı və ordusu ilə fəxr edirik"<b style="color:red"></b>

"Azərbaycanda olmaqdan çox şadam və dəvətə görə təşəkkür edirəm".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan xalqını Qarabağın işğaldan azad olunması münasibətilə təbrik edib: “Biz torpaqlarını işğal azad etdiyi üçün Azərbaycan xalqı və ordusu ilə fəxr edirik. Azərbaycana olan isti münasibətimizdən dolayı bu günə kimi Ermənistanı tanımırıq. Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Ümid edirəm ki, bu qardaşlıq və əməkdaşlıq daha da güclənəcək”.

 





15.09.2021    çap et  çap et