525.Az

"Könül yolçuluğu"na çıxan türkiyəli yazarlar Gəncədə olublar


 

QARDAŞ ÖLKƏNİN 20 NƏFƏR QƏLƏM USTASINDAN İBARƏT HEYƏT İKNİCİ ŞƏHƏRİMİZİN HƏYATI İLƏ MARAQLANIB

"Könül yolçuluğu"na çıxan türkiyəli yazarlar Gəncədə olublar<b style="color:red"></b>

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanmış olduğu qələbə sevincini paylaşmaq, ölkəmizdəki qələm dostlarını təbrik etmək insanlarımızın həyatı ilə maraqlanmaq  üçün yaradılan  Azərbaycan-Türkiyə  ziyalılarının "Könül yolçuluğu platforması"na qatılan qonaqlar  Gəncəyə səfər ediblər.

525.az xəbər verir ki, Türkiyənin tanınmış yazarı Coşkun Karabulutun rəhbərlik etdiyi, qardaş ölkənin müxtəlif şəhərlərindən olan qələm ustaları əvvəlcə dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Burada dövlət başçımızın sərəncamı ilə dahi müəfəkkirimizin 880 illik yubiley tarixi olan 2021-ci ilin "Nizami ili" elan edilməsi ilə bağlı ölkəmizdə keçirilən tədbirlərdən və böyük şairin yaradıcılığının bəşəri miqyasından söhbət açılıb. 
Daha sonra qonaqlar Gəncədə Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində dağılan ərazilərə baş çəkiblər, günahsız mülki əhaliyə qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə əyani şəkildə tanış olublar. Qonaqlara cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib. Bildirilib ki, dinc sakinlərin sıx yaşadığı ərazilərə edilmiş raket hücumları nəticəsində 1 nəfər körpə, 5 nəfər uşaq və yeniyetmə, 10 nəfər qadın olmaqla 26 nəfər dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb.
"Bu dağıntılar, bu kədərli mənzərələr bizim də ürəyimizi göynədir. Qardaş Azərbaycanın kədəri, bizim də kədərimizdir. Həlak olan insanların, körpələrin ruhlarına birgə dua etdik. Burda şahidi olduğumuz üzücü hadisələri, erməni quldurlarının cinayətlərini dünyaya yaymaq biz yazarların borcudur. İnanırıq ki, bizim ölkələrimizi işıqlı gələcək gözləyir", - deyə türkiyəli yazar Sevim Bayazgül bildirib.
"Könül yolçuları" qədim Gəncənin əlamətdar yerlərində də olub, sadə insanlarla  ünsiyyət qurublar.

Zakir MURADOV, 
Gəncə

 





15.09.2021    çap et  çap et