525.Az

Azərbaycanlı rəssam beynəlxalq müsabiqənin qalibi olub


 

Azərbaycanlı rəssam beynəlxalq müsabiqənin qalibi olub<b style="color:red"></b>

Belarusun Mogilyov Vilayətində Pavel Maslenikov adına Regional İncəsənət Muzeyində "Vətənin İncəsənətdə Təsviri" adlı 25-ci beynəlxalq yaradıcılıq müsabiqəsi keçirilib.

Azərbaycanın Belarusdakı səfirliyindən 525.az-a bildiriblər ki, müsabiqədə Belarus, Rusiya, Moldova, Azərbaycan, Özbəkistan və Misirdən olan onlarla rəssamın rəsm əsərləri nümayiş etdirilib. Müsabiqə üç nominasiyada keçirilib. "Təsvirin poetik təcəssümü" nominasiyasında - Azərbaycanı təmsil edən Kamal Hacıyevin "Fəth edilməmiş" əsəri qalib seçilib.

Qeyd edək ki, Kamal Hacıyev 1977-1981-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1981-1983-ci illərdə Repin Sankt-Peterburqdakı Rəssamlıq Akademiyasının Rəssamlıq fakültəsində təhsil alıb. 1984-1990-cı illərdə Belarus Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. 1991-ci ildə Belarus Rəssamlar İttifaqına qəbul edilib. Belarus Dövlət Rəssamlıq Akademiyasında, Maksim Tank adına Belarus Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.
 

 





15.09.2021    çap et  çap et