525.Az

Yaqub Zurufçu dəfn edilib


 

Yaqub Zurufçu dəfn edilib<b style="color:red"></b>

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

525.az xəbər verir ki, mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılıb. Dəfn mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və digər mədəniyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da vəfat edib
 

 





15.09.2021    çap et  çap et