525.Az

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub


 

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub<b style="color:red"></b>

Xəbər verildiyi kimi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ombudsmanlar Assosiasiyasının Prezidenti Şərəf Malkoçun rəhbərlik etdiyi və İƏT OA-nın Baş Katibi Müşavirinin iştirakı ilə nümayəndə heyəti Azərbaycan Ombudsmanının dəvəti ilə ölkəmizdə rəsmi səfərdədir.

525.az xəbər verir ki, nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra qurumlarda görüşləri nəzərdə tutulub. İƏT Ombudsmanlar Assosiasiyasının Prezidenti, Baş katibinin  nümayəndə heyəti və Ombudsman Səbinə Əliyeva  Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarova ilə görüşüblər.

Görüşdə Azərbaycan, Türkiyə və Pakistan arasında dostluq münasibətlərinin tarixi faktlara dayandığı qeyd olunub, üç ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığın çox yüksək səviyyədə olduğu bildirib.

Bundan əlavə görüşdə nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirəcəkləri birgə fakt-araşdırıcı missiya və mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, faktaraşdırıcı missiya çərçivəsində nümayəndə heyəti işğaldan azad edilmiş bölgələrə səfər edəcəkdir.
 

 





15.09.2021    çap et  çap et