525.Az

MEK-in fondları xarici ədəbiyyatla zənginləşir


 

MEK-in fondları xarici ədəbiyyatla zənginləşir<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarının zənginləşdirilməsi üçün beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlər daxil olmaqda davam edir. Bu günlərdə MEK-ə Şotlandiya, Fransa, Rumıniya, Yaponiya, Almaniya və Türkiyədən ingilis, alman və türk dillərində elmi nəşrlər təqdim olunub.

525.az xəbər verir ki, nəşrlər sırasında Şotlandiyanın Milli Kitabxanasından “The Royal Society of Edinburgh” (Edinburq Kral Cəmiyyəti), Yaponiyanın Riyaziyyat Cəmiyyətindən “Journal of Mathematical Sciences” (Riyaziyyat Elmləri Jurnalı), Fransanın Təbiətşünaslıq Muzeyi  Kitabxanasından “Zoosystema” (Zoo Sistem) və “Geodiversitas” (Geoloji müxtəliflik) və Rumıniya Akademiyasından “Romanian Academy Mathematical Reports” (Rumıniya Akademiyasının Riyazi Hesabatları) kimi nəşrlər yer alıb. Habelə,  Almaniyanın Senkenberq Tədqiqat İnstitutu və Təbiətşünaslıq Muzeyindən “Marine Biodiversity” (Dəniz biomüxtəlifliyi), “Genetische Vielfalt erforschen” (Genetik müxtəlifliyi araşdırması), “Archiv fur Molluskunde” (Molluskologiya üçün arxiv), “Wenn Flüsse trockenfallen” (Çaylar quruyanda), “Palaebiodiversity and Palaeenvironmets” (Paleobiomüxtəliflik və Palao mühitləri), Türk Ocaqları təşkilatından “Türk Dünyası Araştırmaları”, “Türk Dünyası Tarih” və bu yöndə müxtəlif  jurnallar daxil olub. Jurnallarda riyaziyyat, zoologiya, biologiya, dənizçilik, genetika, tarix barədə elmi məqalələr öz əksini tapıb.

Bununla yanaşı, MEK qarşılıqlı münasibətlərin daha yüksək səviyyədə inkişaf etməsi üçün bir sıra ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə də əməkdaşlıq edir. MEK-in sıx əməkdaşlıq etdiyi Kolumbiyanın Azərbaycandakı səfirliyi tərəfindən “Kolumbiyanın həftəlik informasiya bülleteni”nin (Colombian weekly Newsletter) elektron formatının növbəti nömrələri kitabxanaya təqdim edilib.
Qeyd edək ki, informasiya bülleteninin hər bir sayı müxtəlif mövzuları özündə əks etdirir. Belə ki, elektron nəşrlərdə iqtisadi aktivlik, ətraf mühit, beynəlxalq əlaqələr, sülh, qadınlara ədalət, mədəniyyət, təhsil, sahibkarlıq kimi mövzular mühüm əhəmiyyət kəsb edir. Habelə, oxucular sözügedən bülletenlərdə iqtisadi diplomatiya, milli peyvənd planı, davamlı inkişaf, beynəlxalq əlaqələr, miqrantların müdafiəsi kimi mövzularla da tanış ola bilərlər.

Qeyd edilən bülletenlər cari ilin 05-09 avqust, 12-17 avqust, 17-23 avqust, 26-30 avqust və 02-06 sentyabr tarixlərini əhatə edir.

MEK xarici tərəfdaşları ilə əməkdaşlıq nəticəsində oxucularının marağına uyğun olan xarici nəşrlərin əldə edilməsi istiqamətində işləri davam etdirir.
 

 





15.09.2021    çap et  çap et