525.Az

Londonda “Xarıbülbül” kikboksinq tuniri keçirilib


 

Londonda “Xarıbülbül” kikboksinq tuniri keçirilib<b style="color:red"></b>

Londonda “Xarıbülbül” adlı kikboksinq turniri keçirib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, Britaniya paytaxtında yaşayan azərbaycanlı, keçmiş kikboksçu Hafiz Baxşəliyev tərəfindən təşkil olunan turnirdə İngiltərə, İtaliya, Çin, Portuqaliya, Braziliya, Fələstin və digər ölkələri təmsil edən 28 idmançı mübarizə aparıb.

Azərbaycan təmsilçiləri Pandemiya səbəbindən yarışda iştirak edə bilməyiblər.

Son iki görüşdə Britaniya çempionu titulu uğrunda döyüşlər olub.

Turnir müddətində zaldakı monitorlarda İkinci Qarabağ müharibəsinin simvolu olan Xarıbülbül nümayiş etdirilib.

Qeyd edək ki, yarışlar bir neçə ildir “Immortal Champions” təşkilatının rəhbəri Hafiz Baxşəliyev tərəfindən təşkil olunur. Ən son 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Londonda keçirilən yarışlarda azərbaycanlı idmançıları da iştirak etmişdilər.

 





15.09.2021    çap et  çap et