525.Az

Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib


 

Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 103-cü ildönümü münasibətilə təbrik mesajı yayımlayıb.

525.az xəbər verir ki, qardaş ölkə başçısının rəsmi Tviter hesabı vasitəsilə yayımlanan təbrik mesajında deyilir: “Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusunun komandanı Nuru Killigil paşanı və onun qəhrəman əsgərlərini ehtiramla yad edirəm.

Bütün Azərbaycan xalqına salam və sevgilərimi göndərirəm”.

 





15.09.2021    çap et  çap et