525.Az

“Ermənistan Türkiyə ilə dialoqun müzakirəsinə hazırdır” - Paşinyan


 

“Ermənistan Türkiyə ilə dialoqun müzakirəsinə hazırdır” -<b style="color:red"> Paşinyan</b>

“Ermənistan hökuməti dialoqun qurulması ilə bağlı Türkiyədən gələn siqnalları müzakirə etməyə hazırdır”

525.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deputat Sarkis Handanyanın sualına cavab olaraq deyib.

Paşinyan bildirib ki, regional sülh kontekstində Türkiyədən müsbət siqnallar görür və Ermənistan da buna eyni dərəcədə müsbət cavab vermək niyyətindədir.

Erməni Baş nazirin sözlərinə görə, bir sıra beynəlxalq tərəfdaşlar artıq Yerevan və Ankara arasında dialoqun qurulmasına yardım etməyə hazır olduqlarını bildiriblər.

“Əgər dialoq başlyarsa, Ermənistan hökumətu, təbii ki, bu barədə vətəndaşlara məlumat verməldiir”, - deyə Paşinyan söyləyib.

 





15.09.2021    çap et  çap et