525.Az

Aİ ölkələrinin vətəndaşları Merkeli seçdi


 

Aİ ölkələrinin vətəndaşları Merkeli seçdi<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşlarının əksəriyyəti, "Avropa prezidentliyinə seçki" keçirilsə, prezidentin Almaniya Kansleri Angela Merkelin olmasını istəyirlər.

525.az xəbər verir ki, Aİ-nin 12 ölkəsində 16 min nəfər arasında sorğu aparalıb. Sorğu Avropa Xarici Əlaqələr Şurası (ECFR) tərəfindən həyata keçirilib, sual isə belə olub: "Avropada prezident seçkilərinə namizədlər yalnız Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel olsa, hansına səs verərdiniz?"

Fransa da daxil olmaqla on iki ölkədən on birindəki respondentlərin əksəriyyəti Merkelə üstünlük verib. Yalnız Bolqarıstanda "Merkel" və "Makron" cavabları 31% ilə bərabər olub. Merkelə ən çox diqqət Niderland (58%), İspaniya (57%), Portuqaliya (52%), Danimarka (46%) və Macarıstanda (44%) göstərilib. Bu ölkələrdə Makrona üstünlük verənlərin nisbəti 20% ətrafında qalıb. 

Almaniyada isə səs verənlərin 42%-i "Merkel", 27%-i "Makron" cavabını verib.

El Roman

 





15.09.2021    çap et  çap et