525.Az

Koronavirusa qarşı “pomidor peyvəndi” hazırlandı


 

Koronavirusa qarşı “pomidor peyvəndi” hazırlandı<b style="color:red"></b>

Özbəkistandakı elm adamları koronavirusa qarşı “pomidor peyvəndi” hazırladıqlarını söyləyiblər. Bu yeməli peyvəndin əks təsirlərinin daha az olacağı iddia edilib. 

525.az xəbər verir ki, pomidor peyvəndi beynəlxalq qurumlar tərəfindən təsdiqlənməyib.  Lakin Özbəkistanda mütəxəssislər yeməli koronavirus peyvəndi üzərində işləyirlər. Araşdırma Özbəkistan Genom və Bioinformatika Mərkəzi tərəfindən aparılır. Pomidor peyvəndi koronavirusun sünbüllü zülalının pomidora köçürülməsi ilə hazırlanıb. 

Mərkəzin direktor müavini Zabardast Buriyev peyvənd barədə açıqlama verib: 

"Koronavirusun gen sıralaması Özbəkistanda yanvar ayında həyata keçirilib. İlk olaraq bir DNT peyvəndi hazırladıq. Bitkilər üzərində işləyərkən koronavirus zülalından vektorlar yaratdıq. Bir çox peyvənd sünbül zülalı əsasında istehsal olunur. Buna görə də onu klonlaşdıraraq bitkilərə köçürdük. Biz üç bitki seçdik: tütün, pomidor və pambıq. Pomidor yeməli olduğu üçün ondan istifadə etdik ".

El Roman

 





15.09.2021    çap et  çap et