525.Az

İranla Əfqanıstan arasında uçuş reysləri bərpa olunub


 

İranla Əfqanıstan arasında uçuş reysləri bərpa olunub<b style="color:red"></b>

Bir aylıq fasilədən sonra İranla Əfqanıstan arasında uçuş reysləri bərpa olunub.

525.az xəbər verir ki, məlumatı “al-Alam TV”-i yayıb.

Sentyabrın 15-də Məşhəd şəhərindən uçan İranın “Mahan Air” aviaşirkətinə məxsus təyyarə Kabilin hava limanına enib.

Təyyarə daha sonra sərnişinlərlə birlikdə Kabildən Məşhəd şəhərinə uçub.

 

 





16.09.2021    çap et  çap et