"2021-2022-ci tədris ilində I və II siniflərdə Azərbaycan dili (dövlət dili kimi) və Riyaziyyat fənlərindən yeni dərsliklərin kütləvi şəkildə tətbiqi nəzərdə tutulub. III və IV siniflərdə isə ümumilikdə 230 məktəbdə pilot sınağı təşkil ediləcək".
525.az-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.
Onun sözlərinə görə, yaxın 2 il ərzində ibtidai siniflərdə əsas dərsliklər yenilənəcək: "Bu dərsliklərdə iş dəftərləri, eyni zamanda, müəllimlər üçün "Bələdçi" kitabçası var. Ancaq monitorinqlər onu göstərir ki, müəllimlər bu kitabçadan o qədər də istifadə etmirlər. Onlar hələ yeni çağırışlara uyğunlaşa bilmirlər, bu da başa düşüləndir".