|
|
|
|
Polşa "Qazprom" şirkəti ilə Rusiyadan qaz tədarükü ilə bağlı müqaviləni uzatmağı planlaşdırmır.
525.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Pyotr Naimski bildirib.
"Rusiyanın "Qazprom" şirkəti ilə müqaviləni uzatmayacağıq", - deyə o bildirib.
Polşa rəsmisinin sözlərinə görə, ölkə "Baltic Pipe" qaz boru kəmərinə üstünlük verir və tədarükün 1 oktyabr 2022-ci il tarixindən etibarən başlayacağı gözlənilir.