525.Az

Polşa Rusiya ilə qaz müqaviləsini uzatmayacaq


 

Polşa Rusiya ilə qaz müqaviləsini uzatmayacaq<b style="color:red"></b>

Polşa "Qazprom" şirkəti ilə Rusiyadan qaz tədarükü ilə bağlı müqaviləni uzatmağı planlaşdırmır.

525.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Pyotr Naimski bildirib.

"Rusiyanın "Qazprom" şirkəti ilə müqaviləni uzatmayacağıq", - deyə o bildirib.

Polşa rəsmisinin sözlərinə görə, ölkə "Baltic Pipe" qaz boru kəmərinə üstünlük verir və tədarükün 1 oktyabr 2022-ci il tarixindən etibarən başlayacağı gözlənilir.

 

 





16.09.2021    çap et  çap et