525.Az

Azərbaycan – Danimarka oyununun hakimləri müəyyənləşib


 

Azərbaycan – Danimarka oyununun hakimləri müəyyənləşib<b style="color:red"></b>

Qadınlardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Danimarka ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

525.az saytının məlumatına görə, qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçda ədaləti Zuzana Valentova qoruyacaq. Ona Maria Sukenikova və Miroslava Pastorekova köməklik edəcək. 4-cü hakim funksiyasını Maria Krcova yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Danirmarka oyunu sentyabrın 21-də Bakıdakı "ASK Arena"da keçiriləcək.

 





16.09.2021    çap et  çap et