525.Az

Azərbaycan və Serbiya arasında Anlaşma Memorandumu təsdiq edilib


 

Azərbaycan və Serbiya arasında Anlaşma Memorandumu təsdiq edilib<b style="color:red"></b>

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu” nun təsdiq edilməsi haqqında fərman imzalayıb.

525.az xəbər verir ki, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

 





16.09.2021    çap et  çap et