Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, AMEA-nın professoru, filologiya elmləri doktoru Salidə Şəmməd qızı Şərifovanın Moskvanın“U Nikitskix vorot” (“У Никитских ворот”) nəşriyyatı tərəfindən “Qərb və Şərq ədəbiyyatındajanr qarışığının nəzəri problemləri və ədəbi təsiri” (“Теоретические проблемы жанрового смешения и литературного влияния в западной и восточной литературе”) adlı kitabı işıq üzü görüb.
525.az xəbər verir ki, kitabın rəyçiləri Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru İsa Həbibbəyli və Rusiya Elmlər Akademiyasının müxbir üzvü, M.A. Qorki adına Ədəbiyyat İnstitutunun direktoru Vadim Polonskidir.
530 səhifəlik “Qərb və Şərq ədəbiyyatındajanr qarışığının nəzəri problemləri və ədəbi təsiri” (“Теоретические проблемы жанрового смешения и литературного влияния в западной и восточной литературе”) adlı kitab beş fəsildən ibarətdir. Kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2019-cu il tarixli 6 saylı qərarı ilə çapa tövsiyə olunub.