525.Az

“Türk Dünyasının Müzik Yıldızı – Üzeyir Hacıbeyli” təkrar nəşr edilib


 

“Türk Dünyasının Müzik Yıldızı – Üzeyir Hacıbeyli” təkrar nəşr edilib <b style="color:red"></b>

Milli Musiqi günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ərəfəsində Türkiyədə Akademik Zemfira Səfərovanın “Türk Dünyasının Müzik Yıldızı – Üzeyir Hacıbeyli” adlı kitabının təkrar nəşri reallaşıb.

525.az xəbər verir ki, 2016-cı ildə Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM)tərəfindən çap edilmiş birinci nəşr türkyəli oxucular tərəfindən maraqla qarşılanıb və bütün tiraj satılıb. Bundan sonra “İmbik yayınları” kitabın ikinci nəşri üçün müəlliflə müqaivlə bağlayıb. 

Qeyd edək ki, “İmbik yayınları” tərəfindən çap edilən “Türk Dünyasının Müzik Yıldızı – Üzeyir Hacıbeyli”  kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub və artıq satıışdadır. 
 

 





16.09.2021    çap et  çap et