525.Az

Bəzi fransalı deputatlar sülh quruculuğuna xələl gətirir


 

Bəzi fransalı deputatlar sülh quruculuğuna xələl gətirir<b style="color:red"></b>

Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Nazir bu barədə Azərbaycanın iradını qarşı tərəfin diqqətinə çatdırıb.

 





16.09.2021    çap et  çap et