525.Az

Salah Cerrardın rekordunu yenilədi


 

Salah Cerrardın rekordunu yenilədi<b style="color:red"></b>

“Liverpul”un futbolçusu Məhəmməd Salah komandanın sabiq kapitanı Stiven Cerrardın rekordunu yeniləyib. 

525.az goal.com-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu buna ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda evdə “Milan”la matçda (3:2) fərqlənməklə nail olub. Beləliklə, Salah yarışın “Enfild” stadionunda keçirdikləri oyunlarında 14-cü qolunu vurub. Bununla da misirli futbolçu Stiven Cerrardın rekordunu yeniləyib. 

Qeyd edək ki, Salahın ÇL-də ümumilikdə 26 qolu var.  

 





16.09.2021    çap et  çap et