525.Az

Azərbaycanın səfiri İtaliya jurnalına müsahibə verib


 

Azərbaycanın səfiri İtaliya jurnalına müsahibə verib <b style="color:red"></b>

İtaliyanın siyasi-ictimai çevrələrində populyar olan “Intervento nella Società” jurnalında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin müsahibəsi dərc olunub.

525.az xəbər verir ki, müsahibəsində diplomat ölkəmizin beynəlxalq münasibətlərdə rolu, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, bölgədə sülhün bərqərar olması üçün ölkəmizin səyləri və Azərbaycanın multikuturalizm modeli ilə bağlı suallarıcavablandırıb. Diplomat bildirib ki,  qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edib və o vaxtdan etibarənşərqlə qərb arasında təbii bir körpü roluna malikgeo-strateji mövqeyi sayəsində də beynəlxalq səviyyədə getdikcə daha da əhəmiyyətli bir rol oynayıb. Ölkəmizin yaxşı qonşuluq siyasəti yürütdüyünü vurğulayan M.ƏhmədzadəAzərbaycanın Aİ üzvü ölkələri də daxil olmaqla şərq və qərbin aparıcı ölkələri ilə yaxın münasibətlərə malik olduğunu, habeləAİ Şurasının Prezidenti Şarl Mişelin bu yaxınlarda Azərbaycana səfərinin bunun bariz nümunəsi olduğunu qeyd edib.

Aİ ölkələri arasında İtaliya ilə əlaqələrin xüsusi önəm daşıdığını və münasibətlərin siyasətdən tutmuş iqtisadiyyata, mədəniyyətə və elm-təhsilə qədər hər bir sahəni əhatə etdiyini bildirən diplomat İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, ölkəmizin İtaliya üçün əsas xam neft tədarükçülərindən və bütün Qafqazda "Made in Italy" məhsulları üçün əsas ixrac məntəqəsi olduğunu qeyd edib. M.Əhmədzadə, həmçinin İtaliyanın və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə töhfə verən TAP layihəsindən də bəhs edib. 

Azərbaycan və İtaliya arasında mövcud mükəmməl əlaqələrdən söz açan diplomat2018-ci ildəPrezident Sercio Mattarellanın Azərbaycana, 2020-ci ildə isə Prezident İlham Əliyevin İtaliyaya həyata keçirilmiş dövlət səfərlərininAzərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsinətöhfə verdiyini, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı “Azərbaycan ilə İtaliya arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də daxil olmaqla çoxsaylısənədlərin imzalandığını və iki ölkə arasında əlaqələrin daha da yüksək səviyyəyə qaldırdığını vurğulayıb.

Ölkələrimizin Covid-19 pandemiyasının ən ağır zamanlarında bir-birinə qarşılıqlı həmrəylik nümayiş etdirdiklərini, habelə Vətən müharibəsi dövründə İtaliyanın beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdiyini xatırladan M.Əhmədzadə üçtərəfli bəyanatın imzalanmasından sonra2020-ci ilin dekabr ayının əvvəllərindəişğaldan azad edilmiş ərazilərimizəAvropa ölkələrindən ilk hökumət və parlament nümayəndə heyətlərinin məhz İtaliyadan olduğunu diqqətə çatdırıb.

M.Əhmədzadə  30 il ərzində Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını hərbi işğal altında saxladığını, ötən ilin sentyabr-noyabr ayları ərzində baş vermiş 44 günlük müharibə nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini və üçtərəfli bəyanatın imzalanması ilə münaqişənin başa çatdığını bildirib, sülh və birgəyaşayışın əhəmiyyətini vurğulayıb.Əlavə edib ki,  təhlükəsiz gələcək qurmaq üçün sülhü təşviq etmək önəmlidir. Azərbaycanın buna inandığını deyən diplomat beynəlxalq ictimaiyyətin Ermənistanın da bu yolu seçməyə sövq etməsinin vacibliyini bildirib.

Diplomat azad olunmuş ərazilərdə işğal vaxtı Ermənistan tərəfindən minaların yerləşdirilməsinin bölgədə sülhün bərqərar olmasına əsas maneə olduğunu və indiyə qədər 3000-ə yaxın azərbaycanlının mina partlayışlarının qurbanı olduğunu qeyd edib. 

Bölgədə davamlı sülhün təmin edilməsində ölkəmizin səylərindən söz açan diplomat, bu xüsusda 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının yerinə yetirilməsinin vacibliyini bildirib,bu bəyanatlarınbölgədə bütün kommunikasiya xəttlərinin açılmasını da nəzərdə tutduğunu, bu məsələdə Ermənistanın əməkdaşlıq edəcəyi təqdirdə bu günə qədərməhrum olduğu imkanlardan bundan sonra faydalana biləcəyini də diqqətə çatdırıb.
Sonda müsahibəsində Azərbaycanın multikulturalizm modelindən bəhs edən M.Əhmədzadə multikulturalizmin həyatımızın hər sahəsinə nüfuz etdiyini bildirib. Ölkəmizin ərazisində Qafqazın ən qədim kilsələrinin yerləşdiyini, onların dövlət tərəfindən qorunduğunu, bərpa edildiyini xatırladan diplomat Azərbaycanın  Müqəddəs Taxt -Tac ilə dəyaxın əlaqələrə malik olduğu və Heydər Əliyev Fondunun dəstəyi ilə xristian irsininçoxsaylı mühüm nümunələrinin bərpası istiqamətində aparılan iş haqqında danışıb. Diplomat, habelə Azərbaycanın yəhudi icması, xüsusilə də ölkəmizdə qədim tarixə malik olan Qubadakı dağ yəhudilərindən də bəhs edib.

Müsahibə ilə aşağıdakı keçiddən (səh. 26-27) tanış olmaq mümkündür: 
http://interventonellasocieta.altervista.org/Intervento3-2021/mobile/index.html#p=1

 





17.09.2021    çap et  çap et