525.Az

Parlamentdə Hacıqabul gölünün bərpası üçün komissiya yaradılacaq


 

Parlamentdə Hacıqabul gölünün bərpası üçün komissiya yaradılacaq<b style="color:red"></b>

Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərindən ibarət komissiya yaradılacaq.

525.az APA-ya istinadən xəbər verir ki, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında açıqlanıb. Bu məsələ komitənin 2021-ci il payız sessiyası üçün İş planına daxil edilib.

Eyni zamanda komitə üzvlərindən ibarət “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin təşkili üçün də komissiya yaradılacaq.

 





17.09.2021    çap et  çap et