525.Az

Milli Musiqi Gününə həsr olunan videoçarx hazırlanıb


 

Milli Musiqi Gününə həsr olunan videoçarx hazırlanıb<b style="color:red"></b>

Milli Musiqi Günü münasibəti ilə sosial videoçarx hazırlanıb.

Mədəniyyət Nazirliyindən 525.az-a verilən məlumata görə, videoçarx Nazirliyin dəstəyi ilə Heydər Əliyev Sarayının nəzdində yaradılan “Prodüser mərkəzi” tərəfindən hazırlanıb. Videoçarxın əsas məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin irsinin, klassik musiqimizin Azərbaycan gənclərinə təbliğ edilməsidir.

Layihənin ideya müəllifi Ramil Qasımov, səs rejissoru Cavid Cavadoğlu, aranjemançı Coşqun Qadaşov, vokal üzrə müəllimi İnarə Babayeva və prodüseri Fərid Mərddir.

Sosial videoçarxda Mədinə Ağayeva, Emin Məmmədov, Rəşad Ağayev, Əntiqə Yusifova, Kənan Məmmədzadə yer alıblar.

 

 





17.09.2021    çap et  çap et