525.Az

Anar Kərimov türkiyəli həmkarı ilə görüşüb


 

Anar Kərimov türkiyəli həmkarı ilə görüşüb<b style="color:red"></b>

Özbəkistanda səfərdə olan Anar Kərimov Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla görüşüb.

525.az xəbər verir ki, bu barədə mədəniyyət naziri “Twitter” hesabında paylaşım edib. Paylaşımda deyilir:

“Qardaş Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə TÜRKSOY-un 38-ci Nazirlər Şurası çərçivəsində ikitərəfli görüş keçirdik və Türkiyəyə səfərim zamanı əldə olunan razılaşmaların icrasının davamını müzakirə etdik. Önümüzdə geniş əməkdaşlıq proqramı durur”.

 





17.09.2021    çap et  çap et