525.Az

Salvadorda "bitcoin"ə qarşı etirazlar başladı


 

Salvadorda "bitcoin"ə qarşı etirazlar başladı <b style="color:red"></b>

Mərkəzi Amerika ölkəsi Salvadorda “Bitcoin”in rəsmi valyuta olaraq qəbul edilməsinə qarşı minlərlə etirazçı küçələrə çıxıb.

525.az xəbər verir ki, prezident Nayib Bukele kriptovalyutanın xaricdəki Salvadorluların ölkədəki yaxınlarına pul göndərməsini asanlaşdıracağını söyləyib. Bu plana qarşı olanlar isə qərarın qeyri-sabitliyə və inflyasiyaya səbəb olacağını iddia ediblər. Bəzi etirazçılar bankomata bənzər “Bitcoin” avtomatlarını yandırıb, digərləri isə "Diktator Bukele" plakatlarını daşıyıblar. 

Qeyd edək ki, iyun ayında Bitcoinin ABŞ dollarının yanında rəsmi valyuta olaraq qəbul edilməsinə qərar verən ölkə bu sahədə yeni bir addım atmışdı.  

El Roman

 





17.09.2021    çap et  çap et