525.Az

“Şuşada yaşayış bir çox şəhərlərdən fərqli olacaq”


 

“Şuşada yaşayış bir çox şəhərlərdən fərqli olacaq”<b style="color:red"></b>

“Şuşa mədəniyyət paytaxtıdır, Şuşada yaşayış bir çox şəhərlərdən fərqli olacaq”.

525.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib. A. Kərimov deyib ki, Şuşada ağır sənaye müəssisələri olmayacaq, sırf turizm və mədəniyyət yönümlü obyektlərin inşası və inkişaf etdirilməsi nəzərdə tutulur: “Bu məqsədlə də Azərbaycan Prezidenti tərəfindən Şuşa Dövlət Qoruğu İdarəsi yaradılıb. Bu Qoruq İdarəsinin fəaliyyəti çox geniş miqyaslı olacaq, Xüsusi Nümayəndəliyin nəzarəti altında bu fəaliyyət aparılacaq”.

 





18.09.2021    çap et  çap et