525.Az

Üzeyir Hacıbəylinin ev-muzeyində tədbir keçirilib - Foto


 

Üzeyir Hacıbəylinin ev-muzeyində tədbir keçirilib -<b style="color:red"> Foto</b>

Dahi bəstəkar Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyində 18 sentyabr- Milli Musiqi günü ilə əlaqədar tədbir keçirilib. 

525.az xəbər verir ki, tədbirin açılışında muzeyin direktoru, xalq artisti Sərdar Fərəcov qonaqları salamlayıb, bəstəkarın həyat və yaradıcılığı ilə bağlı fikirlərini səsləndirib. Tədbirdə sənətşünas Ziyadxan Əliyev və dünya şöhrətli pianoçu, Əməkdar artisti Adilə Əliyeva da iştirak ediblər. Tədbir zamanı gənc ifaçılar Şirin Əmiraslanova və Fidan Ədişova pianoda “Leyli və Məcnun” operasından müqəddiməni ifa ediblər. 

Sevinc İbrahimova "Arşın mal alan" və "Koroğlu" operalarından müxtəlif parçalar, eyni zamanda bəstəkarın yarım qalmış "Firuzə" operasından ariyanı səsləndirib. Əməkdar rəssam Yaşar Səmədov muzeyə özünün yeni rəsm əsərini hədiyyə edib. 

Tədbir bir saat davam edib. 

El Roman

 





18.09.2021    çap et  çap et