525.Az

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək


 

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək<b style="color:red"></b>

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır. Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.

 





18.09.2021    çap et  çap et