525.Az

“Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinə layihələr oktyabrın 15-dək qəbul olunur


 

“Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinə layihələr oktyabrın 15-dək qəbul olunur<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsini elan edib.

Fonddan 525.az-a bildirilib ki, müsabiqə iştirak etmək üçün layihələr oktyabrın 15-dək qəbul olunacaq.

Müsabiqənin məqsədi işğaldan azad edilmiş ərazilərimizin inkişafına töhfə verə biləcək müxtəlif elm sahələrində tədqiqat işlərinin stimullaşdırılması, Qarabağın qədim və orta əsrlər tarixinin araşdırılması, azad edilmiş bölgələrdə arxeoloji tədqiqatların aparılmasıdır. Eyni zamanda, Qarabağın və ətraf bölgələrin tarixi-mədəni abidələrinin tədqiqinin həyata keçirilməsi və tarixi həqiqətlərin dünya elminə və ictimaiyyətinə çatdırılmasıdır. Müsabiqə bölgədə kənd təsərrüfatının inkişafını təmin edən, ekoloji problemlərin aradan qaldırılması, enerji və su ehtiyatının yaradılması, turizm potensialının düzgün qiymətləndirilməsi və istifadəsinə gətirib çıxara bilən fundamental - tətbiqi xarakterli layihələrin həyata keçirilməsini də nəzərdə tutur.

Müsabiqənin nəticələrinin 2022-ci ildə açıqlanması planlaşdırılır. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

 





18.09.2021    çap et  çap et