525.Az

Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib


 

Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib<b style="color:red"></b>

Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Flotilyasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib.

Müdafiə Nazirlliyindən 525.az-a verilən məlumata görə, Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 





18.09.2021    çap et  çap et