Demokratlar Partiyasının namizədi Cozef Baydenə prezident seçkilərini uduzan ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən gündəmə gəlib.
525.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp qarşıdakı 3 ildə ABŞ adlı bir ölkə olmayacağını iddia edib. "Newsmax"a verdiyi müsahibəsində o, "İndi ABŞ əvvəlkindən daha çox relsdən çıxıb. 2022-2024-cü illərdə seçkilərə gedəndə artıq ölkədən heç bir şeyimiz qalmayacaq", deyib. Tramp çıxışında prezident Baydeni hədəf alıb.
Əfqanıstandan çəkilmə zamanı baş verənlərə və Meksika sərhədində baş verənlərə diqqət çəkən Tramp, "Biz bütün dünyanın gülüş obyektiyik", - deyə söyləyib. Trampın diqqətçəkən sözlərindən sonra aparıcı Şon Spayser müsahibəni bitirib.
El Roman