525.Az

Rusiyada seçkilərin sonuncu günüdür


 

Rusiyada seçkilərin sonuncu günüdür<b style="color:red"></b>

Bu gün Rusiya Dövlət Dumasına seçkilərin sonuncu günüdür.

525.az xəbər verir ki, seçki məntəqələri saat 08:00-20:00 aralığında açıq olacaq.

Sentyabrın 17-dən başlayan səsvermə ilə vətəndaşlar Dövlət Dumasına VIII çağırış deputatlarını və yerli idarəetmə orqanlarının rəhbərlərini seçirlər. Dövlət Dumasına seçkilərdə 14 siyasi partiya iştirak edir. Ümumilikdə isə parlament seçkilərində 3812 namizəd qeydə alınıb.

Qeyd edək ki, deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, deputatlar Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında seçki prosesinin gedişini izləyəcəklər.

 





19.09.2021    çap et  çap et