525.Az

Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib - Foto


 

Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib -<b style="color:red"> Foto</b>

Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə istedadlı Azərbaycan könüllülərinin təqdimatında 18 sentyabr Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı baş tutub.

525.az xəbər verir ki, konsertdə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, "ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, AKTİ katibliyi, eləcə də İttifaqa üzv təşkilatları təmsil edən könüllülər iştirak ediblər. Könüllülərin ifasında müxtəlif xalq və bəstəkar mahnıları səsləndirilib, milli rəqslər səhnələşdirilib.

Sonda könüllülərə rəsmilər tərəfindən təşəkkürnamələr təqdim edilib.
 

 





19.09.2021    çap et  çap et