525.Az

Namiq Ələsgərovun baş məşqçisi istefaya göndərildi


 

Namiq Ələsgərovun baş məşqçisi istefaya göndərildi<b style="color:red"></b>

Millimizin üzvü Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb.

525.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Fatih Tekke avqustun 24-də "Bursaspor"a baş məşqçi təyin olunmuşdu. Onun gəlişindən sonra Bursa təmsilçisi 1-ci liqada 4 oyuna cəmi 4 xal qazanıb.

 





19.09.2021    çap et  çap et