525.Az

Latviyanın sabiq prezidenti sabah Bakıya gəlir


 

Latviyanın sabiq prezidenti sabah Bakıya gəlir<b style="color:red"></b>

Latviyanın sabiq və ilk qadın ölkə başçısı (1997-2007), Madrid Klubunun prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Frayberqa sabahdan Azərbaycana səfəri başlayır.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Vayra Vike-Frayberqa təxminən bir həftə ərzində Bakıda olub, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil edəcəyi layihələrə qatılacaq.
 
Aprelin 27-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VI Beynəlxalq İdarə Heyətinin toplantısı və I Baş Assambleyası keçiriləcək. Növbəti iki gün ərzində - aprelin 28-29-da isə  II Qlobal Müştərək Cəmiyyətlər Forumu baş tutacaq.

II Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilir.

Nüfuzlu ictimai, siyasi xadimlərin, elm adamlarının qatılacağı Forumda 45 ölkənin sabiq rəhbəri iştirak edəcək. Forumda əsasən açıq cəmiyyətlərin əhatə əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli, davamlı inkişaf prosesinin təmin edilməsində idarəetmə kimi mühüm məsələlər müzakirə olunacaq.

 





21.04.2014    çap et  çap et