525.Az

Niderland əhalisinin boyu qısalır - Araşdırma


 

Niderland əhalisinin boyu qısalır -<b style="color:red"> Araşdırma</b>

Kişi və qadınların boy nisbətinə görə dünyada birinci olan niderlandlıların zaman keçdikcə qısaldığı müəyyən edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Niderland Statistika İnstitutunun (CBS) məlumatlarına görə, 2001-ci il təvəllüdlü qadınlar 1980-ci il təvəllüdlü qadınlardan 1,4 santimetr qısadır. Eyni dövrdə doğulan kişilər arasındakı boy fərqi isə 1 santimetrdir.

Mütəxəssislərin fikrincə, bu, boyu qısa ölkələrdən gələn immiqrasiya və yemək vərdişlərinin dəyişməsi ilə əlaqədardır.

Ötən əsrdən etibarən Niderland cəmiyyəti orta boya görə dünyada birinci yerdə qərarlaşıb. Belə ki, 1930-cu il təvəllüdlü kişilərin boylarının orta uzunluğu 175,6 santimetr olduğu halda, 1989-cu ilə qədər bu ortalama 183,9 santimetrə yüksəlmişdi. Əgər 1930-cu illərdə qadınlar üçün orta boy 165,4 idisə, 1980-ci ildə bu göstərici 170,7 santimetrə yüksəlmişdi.

El Roman

 





19.09.2021    çap et  çap et