525.Az

İngiltərə COVID-19-a qarşı Trampın müalicəsindən istifadə edəcək


 

İngiltərə COVID-19-a qarşı Trampın müalicəsindən istifadə edəcək<b style="color:red"></b>

İngiltərənin Milli Sağlamlıq Sistemi (NHS), gələn həftədən etibarən istifadə ediləcək yeni COVID-19 müalicəsi ilə əlaqədar açıqlama verib.

525.az xarici mətbuata istinadən xəbər verir ki, ən yüksək risk qrupuna daxil olan, immunitet sistemində problemi olan və sağalsa da virusa qarşı həssas olanlar üçün xəstəxanalarda “Ronapreve” adlı bir antitel kokteyli istifadə ediləcək. Həmin kokteyl ABŞ-ın keçmiş prezidenti Donald Tramp koronavirusa yoluxanda istifadə olunan pereparatdır. Trampın koronavirus müalicəsi ən maraqlı mövzulardan biri idi. Mütəxəssislərin fikrincə, Trampa tətbiq edilən müalicə dünyada görülməyib. Bu möcüzə müalicə üsulu artıq İngiltərə xəstəxanalarında da istifadə ediləcək.

Keçən ay 'can qurtaran' olaraq təyin olunan dərmanla əlaqədar açıqlama verən İngiltərə Səhiyyə Naziri Sajid Cavid, bunun təsdiqlənmiş və xüsusi olaraq COVID-19 üçün hazırlanmış bir müalicə olduğunu söyləyib.

EL Roman

 





19.09.2021    çap et  çap et