"ABŞ və Çin arasında kəskinləşən fikir ayrılığı dünya üçün təhlükəlidir. Onları yeni “soyuq müharibə”dən qaçmağa çağırırıq”.
525.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş CNN-ə müsahibəsində deyib.
“Hesab edirəm ki, biz tam qarşıdurmada olan iki ölkəyə tərəf irəliləyirik və yaranan vəziyyət dünya üçün təhlükəlidir”, - deyə BMT-nin baş katibi bildirib.