525.Az

Kabil aeroportu rəsmi olaraq daxili və beynəlxalq uçuşları bərpa edib


 

Kabil aeroportu rəsmi olaraq daxili və beynəlxalq uçuşları bərpa edib<b style="color:red"></b>

Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanı daxili və beynəlxalq uçuşlar üçün açılıb.

525.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin avqustun 26-da törədilən partlayış nəticəsində Kabil hava limanına dəyən ziyan aradan qaldırılıb.

Aeroport Türkiyə, ABŞ və Qətər mütəxəssislərinin birgə səyləri nəticəsində bərpa olunub. Hava limanı reysləri qəbul etməyə başlayıb.

 

 





20.09.2021    çap et  çap et