Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də Moskvada keçiriləcək Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransında iştirak etmək üçün Moskvaya yola düşüb.
XİN mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, tədbirdə Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.