525.Az

Rusiyada universitetdə atışma nəticəsində 8 nəfər ölüb, 19 nəfər yaralanıb- Yenilənib


 

Rusiyada universitetdə atışma nəticəsində 8 nəfər ölüb, 19 nəfər yaralanıb- <b style="color:red">Yenilənib</b>

Rusiya İstintaq Komitəsi Perm Dövlət Milli Araşdırmalar Universitetində atışmada yaralananların sayı barədə dəqiq rəqəm açıqlayıb.

525.az-ın məlumatına görə, İstintaq Komitəsindən atışmada 28 nəfərin yaralandığı bildirilib.

***

Rusiyada universitetdə atışmada yaralananların sayı dəqiqləşdirilib.

525.az-ın məlumatına görə, Perm Dövlət Milli Araşdırmalar Universitetində atışmada 19 nəfər yaralanıb.

İstintaq Komitəsindən insident nəticəsində 8 nəfərin həlak olduğu açıqlanıb.

Hadisəni tələbələrdən birinin törətdiyi bildirilir. O, saxlanılan zaman polisə müqavimət göstərib. Polis onu atəşlə yaralayaraq ələ keçirib.

Yaralılara yardım üçün Moskvadan Permə təyyarə ilə tibbi ləvazimatlar göndərilib.

*** 

Perm Dövlət Universitetində baş vermiş silahlı insident nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

525.az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

*** 

Rusiyanın Perm şəhərində universitetdə atışma olub.

525.az-ın məlumatına görə, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.

Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, 10-dan çox yaralı var. Ölənlərin olduğu deyilsə də sayı açıqlanmır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.

 





20.09.2021    çap et  çap et