525.Az

Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib - Yenilənib


 

Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib - <b style="color:red">Yenilənib</b>

Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

525.az-ın APA-ya istinadən məlumatına görə, E. Həsənov daha iki epizod üzrə ifadə verib.

Bunun ardınca isə o, səhhəti ilə bağlı ifadəsini davam etdirə bilmədiyini deyərək prosesin təxirə salınmasını istəyib.

Proses sentyabrın 24-də davam etdiriləcək.

***

Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.

525.az-ın APA-ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Eldar Həsənov səhhətində yaranmış problemlər barədə bir daha məhkəməyə məlumat verib.

Daha sonra E. Həsənov ifadəsinə davam edib.

Qeyd edək ki, rəsmi məlumata görə, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

Məhkəmənin növbəti baxış iclası hakim Əfqan Hacıyevin sədrliyi ilə başlandı. Təqsirləndirilən şəxs Eldar Həsənov səhhətində yaranmış problemlərlə bağlı bir daha məhkəməyə vəziyyətinə dair məlumat verdi. Daha sonra o, ifadəsinə davam etdi.

 

 





20.09.2021    çap et  çap et