525.Az

Azərbaycan-İran-Rusiya enerji körpüsünün TİƏ sənədi hazırlanır


 

Azərbaycan-İran-Rusiya enerji körpüsünün TİƏ sənədi hazırlanır<b style="color:red"></b>

"Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyasının enerji sistemlərinin birləşdirilməsi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanması prosesi hələ davam edir.

525.az-ın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyanın "Nefteqazovaya vertikal" jurnalına müsahibəsində deyib. O bildirib ki, 2019 -cu ildə "Azərenerji" ASC, "Tavanir" (İran), "Vahid Enerji Sisteminin Sistem Operatoru", "Rosseti" (Rusiya) şirkətləri arasında layihənin texniki-iqtisadi əsaslandırılmasının birgə hazırlanması haqqında razılaşma imzalanıb.

Üç ölkənin elektrik şəbəkələrini birləşdirmək üçün texniki-iqtisadi əsaslandırma hazırlamaq üçün beynəlxalq mühəndislik və konsaltinq şirkəti "Monenco Iran" cəlb edilib. Hazırda TİƏ sənədinin hazırlanması üzrə işlər davam etdirilir.

P. Şahbazov əlavə edib ki, texniki-iqtisadi əsaslandırmanın nəticələri həm enerji körpüsünün marşrutunu müəyyən etməyə, həm də iqtisadi səmərəliliyini müəyyən etməyə imkan verəcək.

 





20.09.2021    çap et  çap et