525.Az

Azərbaycan XİN Rusiyaya başsağlığı verib


 

Azərbaycan XİN Rusiyaya başsağlığı verib<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Perm Dövlət Universitetində baş vermiş silahlı insidentlə əlaqədar olaraq Rusiyaya başsağlığı verib.

525.az-ın xəbərinə görə, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.

“Rusiya xalqına, Perm Dövlət Universitetinə edilən hücumda həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə qeyd edilib.

Qeyd edək ki, Perm Dövlət Universitetində tələbə travmatik silahdan atəş açıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.

 





20.09.2021    çap et  çap et