525.Az

"Türkiyə millisini çalışdıracağım üçün xoşbəxtəm"


 

"Türkiyə millisini çalışdıracağım üçün xoşbəxtəm"<b style="color:red"></b>

Türkiyə millisinin yeni baş məşqçisi Ştefan Kunts yığmaya təyinatı haqqında fikirlərini bölüşüb. 

525.az xəbər verir ki,  59 yaşlı mütəxəssis təqdimat mərasimində deyib:

"Norveçlə DÇ-2022-nin seçmə oyununa sürətlə hazırlaşacağıq. Bütün diqqəti oyunumuza yönəldəcəyik". 

Kunts Türkiyə Futbol Federasiyasının (TFF) İcraiyyə Komitəsinin üzvü və Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun onunla əlaqə saxladığını bildirib: "Bunun üçün qurur duydum. Məşhur və uğurlu türkiyəli baş məşqçinin ardından bu posta gəldiyim üçün xoşbəxtəm. İşin böyük hissəsi bundan sonra başlayır".

Qeyd edək ki, Kunts ilə 3 illik müqavilə imzalanıb. 

 





20.09.2021    çap et  çap et